“Nə tez daş oldun, balam…” – Şəhid anasının bu sözləri ÜRƏK DAĞLADI
Vətən müharibəsində şəhid olan Həmidov İzzətin anası sosial şəbəkədə hər kəsi kövrəldən paylaşım edib.
ARANTV.AZ xəbər verir ki, oğlunun ölümü ilə barışa bilməyən ana övladının məzarından foto paylaşaraq bu sözləri yazıb:
“Nə tez daş oldun, balam… Dedilər, balanın məzarı hazırdır. Elə qaçdım ki, sanki İzzətimi görəcəyəm… Daşı gördüm, qolum, qanadım sındı. Amma yenə də inana bilmirəm ki, İzzətim yoxdur. İzzətim ölə bilməz, İzzətim məni buraxa bilməz. Ürəyim dözmür… Paramparça oluram. İzzətim mənim… Heyf səndən, balam…”
Allah bütün şəhidlərimizə rəhmət eləsin!




