Kürdəmirdə yanğın olub
Kürdəmir rayonunun Mollakənd kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli qamışdan ibarət evin tavanı, iki ədəd pəncərə çərçivəsi və dam örtüyünün yanar konstruksiyaları 24 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

