Hacı Zeynalabdin qəsəbəsində oyun meydançasının açılışı olub – FOTOLAR
Sumqayıt yaxınlığındakı Hacı Zeynalabdin qəsəbəsinin balaca sakinləri üçün gözəl bayram əhvali-ruhiyyəsi ilə başlayıb. Belə ki, qəsəbə inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin təşkilatçılığı və maliyyə dəstəyi ilə qəsəbənin S.Bəhlulzadə küçəsində yeni inşa olunmuş uşaq meydançasının açılış mərasimi keçirildi. ARANTV.AZ xəbər verir ki, uşaqların sağlamlığını, psixoloji və sosial inkişafını dəstəkləmək baxımından əhəmiyyətli olan oyun meydançasının açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov, qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Arif Qafarov və qəsəbə ictimaiyyəti iştirak edib. Burada qəsəbə sakinlərinin və uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Oyun meydançasında, həmçinin yelləncəklər və attraksionlar quraşdırılıb. Qəsəbə sakinləri meydançanın yaradılmasının valideynlərin və uşaqların sevincinə səbəb olduğunu bildirib, layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlıqlarını ifadə ediblər.





