Şou biznes 

Cəmil efirdən uzaq düşməyindən danışdı..

İstedadı sərhədləri aşan, azərbaycanlı müğənni Cəmil ARANTV.AZ-ın “Tet -A-Tet” rubrikasının qonağıdır. Gənc ifaçı bir neçə sualımızı cavablandırıb. O, söhbət zamanı yaradıcılıq, xarici əsərlər və Azərbaycan telekanallarından söz açıb. Cəmil, uzun müddətdir efirdən uzaq düşməyinin səbəbini açıqlayıb: “Mən, əslində, tam uzaq qalmışam deməzdim. Sadəcə, bəzi yerli telekanallar ödəniş istəyir. Məsələn, bir telekanal məndən 2000 AZN ödəniş istəyir. Amma mənim maddi vəziyyətim buna əl vermir. Baxmayaraq ki, mənim səsim o efirlərə çıxan digər ifaçılardan yaxşıdı. Bu səbəbdən də efirlərdən uzaq düşüb”. Cəmil həmçinin yaradıcılığında baş verəcək dünya səviyyəli layihəsini tamaşaçıların ixtiyarına verəcək. Qeyd edək ki, Cəmil “Azərbaycanın səsi” və “X faktor” yarışmalarının iştirakçısıdır.

Daha çox xəbərlər