Şou biznes 

Azərbaycanlı modelyer işgüzar gecədə -FOTO

Öz dəst-xətti ilə seçilən “YES MODA EVİ”nin rəhbəri tanınmış azərbaycanlı dizayneri və modelyeri Yeganə Sadıxovanın mükafatlarının siyahısına biri də əlavə olunub. ARANTV.AZ-ın məlumatına görə, “Mercedes Benz”ın təşkilatçılığı ilə keçirilən gecədə dizayner-modelyer “İlin işgüzar xanımı” seçilib. Qeyd edək ki, Y.Sadıxova uzun illərdir dizayner-modelyer kimi fəaliyyət göstərir. Bu, onun aldığı ilk mükafat deyil. Dizayner-modelyer gördüyü işlərə görə dəfələrlə müxtəlif nominasiyada mükafatlar alıb.

Daha çox xəbərlər