Gündəm 

Laçının lövhəsi hazırlanıb

Laçın rayon İcra Hakimiyyəti əhalinin siyahıya alınmasına başlayıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə icra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra hakimiyyəti hazırda Laçın rayon sakinlərinin hansı ərazidə və hansı şəraitdə məskunlaşdığını araşdırır:

“Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə birlikdə Laçın sakinlərinin sayı və yaşayış yeri dəqiqləşdirilir. Müəyyənləşdiririk ki, hazırda hər kənddə neçə ailə var və harada yaşayır. Hazırda rayon polis şöbəsi işğaldan azad olunan əraziyə köçürülüb, postlar müəyyənləşdirilir”.

Qeyd olunub ki, Laçın şəhərinin girişi üçün xüsusi löhvə hazırlanıb:

“Yaxın günlərdə Laçının adı yazılmış löhvə şəhərin girişində, həmçinin Laçın dəhlizində yerləşdiriləcək”.

Daha çox xəbərlər