Cəmiyyət 

26 noyabr Ümumdünya İnformasiya Günü kimi qeyd edilir

ARANTV.AZ xəbər verir ki, bu gün Ümumdünya İnformasiya Günüdür. BMT-nin Beynəlxalq İnfomasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə qeyd olunan bu gün İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində çalışanların peşə bayramıdır.  Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya cəmiyyətinin formalaşması mühüm məsələlərdən biridir. Qeyd edək ki, 1-ci Beynəlxalq İnformasiyalaşdırma Forumu 1992-ci il noyabrın 26-da keçirilib. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunub. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə UNESCO tərəfindən qeydiyyata alınıb.

Daha çox xəbərlər