Doğum günündə ŞƏHİD OLDU – FOTO
Vətən müharibəsində iştirak edən əsgərimiz doğum günündə şəhid olub.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, şəhidimiz Qasımzadə Nicat Höcət oglu Biləsuvar rayonu Zəhmətabad kənd sakinidir.
Bildirilir ki, iki ay əsgərlikdən gələməyinə baxmayaraq Nicat, yenidən könüllü olaraq Vətən müharibəsinə yollanıb. O, Füzuli, Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşub. Savaşın son günü doğum günündə Şuşa istiqamətində şəhid olub.
Allah şəhidimizə rəhmət eləsin.


