Sosial 

Komadan ayılmayan baş leytenantımız şəhid oldu

Vətən Müharibəsində yaralanan əsgərlərindən biri şəhid olub.

Qafqazinfo-nun verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb.

Dekabrın 8-də isə komadan ayılmayaraq, şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanlı kəndindən olub.

Şəhidlik zirvəsinə yüksələn zabitimiz İkinci Fəxri Xiyabanda dəfn edilib.

Daha çox xəbərlər