Moskva hava limanlarında 20-dən çox reys qara görə təxirə salınıb
Moskvadakı qara görə hava limanlarında 20-dən çox reys təxirə salınıb və 10 reys gecikib.
ARANTV.AZ-ın məlumatına görə, hava şəraiti “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” hava limanlarının işinə maneə yaradıb.
Xatırladaq ki, bu gün Moskvada buludlu havanın müşahidə olunacağı, qar yağacağı və hava temperaturunun 2-4 dərəcədən yuxarı olmayacağı bildirilib.ölkə.az

