Braziliyada koronavirusdan ölənlərin sayı 182 mini keçib
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa 42 889 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 970 034 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 964 nəfər ölüb, ölənlərin ümumi sayı 182 799 nəfər təşkil edir.

