Həm idmançı, həm də musiqiçi olan ŞƏHİDİMİZ
Həm idmançı, həm musiqiçi, həm də qanı ilə qəhrəmanlıq dastanı yazan qəhrəman şəhidimiz Şəhid Əliyev Elmanı tanımaq hər birimizin mənəvi borcudur.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir k, o, 1994-cü ildə Mingəçevir şəhərində dünyaya göz açıb. Mingəçevir şəhər 18 nömrəli məktəbdə təhsil alıb. O, avarçəkmə üzrə keçrilən yarışlarda medallar qazanıb, diplomlar alıb. Öz gözəl səsi ilə muğam da ifa edib.
Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Allah şəhidimizə rəhmət etsin.

