Cəmiyyət 

29 noyabrda gözlənilən hava şəraiti

ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında  güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 6-9, gündüz  12-14, Bakıda  gecə  7-9, gündüz  12-14 dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  65-75 faiz olacaq. 

Azərbaycanın rayonlarında

Noyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz  14-19 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz  7-12 dərəcə isti  təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 29-u günün ikinci yarısından 30-u gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Daha çox xəbərlər