Bakıda DƏHŞƏTLİ HADİSƏ: Ana iki oğlu ilə…
Bakıda intihara cəhd hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu – 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir-red) özlərini yaşadıqları binanın 4-mərtəbəsindən atıblar.
Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatı araşdırılır. (report)

