Həbib Nurməhəmmədovun sahibi olduğu turnirdə azərbaycanlı idmançılar döyüşə çıxdı – VİDEO
Həbib Nurməhəmmədova məxsus EFC turnirinin 31-ci yarışı keçirilib.
ARANTV.AZ xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərində keçirilən yarışda iki azərbaycanlı idmançı da döyüşüb.
Lakin Nijni Novqorodda yaşayan hər iki idmançı – Ömər Rzayev və Ruslan Quliyev uduzub. Ömər Dağıstan kumıkı olan Umar Kunakbiyevlə döyüşdə boğulma fəndinə düşərək təslim olub. Ruslan isə Kunni Kunniyevlə döyüşdə hakimlərin qərarı əsasında məğlub elan edilib.
Oxu.Az

