Sosial 

7 SAAT döyüş meydanında qan itirən QAZİ: “Susuzluqdan öz QANIMI İÇDİM” -VİDEO

Vətən müharibəsinin qazisi Əsgər Hüseynov müharibədə olduğu müddətdə başına gələnlərdən danışıb.

ARANTV.AZ  xəbər verir ki, qəhrəman qazimiz döyüş meydanında özünün öləcəyini zənn edərək, dostuna zəng edib son vəziyyətini edib:

“Dostuma zəng edib vəsiyyət etdim ki, şəhid olsam məni ata-anamın yanında dəfn edin.Ayaqlarımdan qan gediridi, uşaqlrdan biri mənə kömək etmək istəyəndə , onu düşmən snayperi başından vurdu. O , şəhid oldu.

Başqa birisi gəlmək istəyəndə onu da ürəyindən vurdular.Məni qan aparırdı,elə bildim başımın sol trəfindən vurublar. Şok ağrılar vardı.Sən demə qolumdan vurublar.Mən 7 saat qan itirdim.Günün istisi bir tərəfdən ,qalın geyim digər tərəfdən.Qanım damcılanırdı, susuzluqdan öz qanımı içdim.

Ayaq səsi eşitdim, gələn düşmən idi.Onlar yaxınlaşdı məni və şəhidlərimiz döyüb, silahlarımızı götürdülər.İçkili idilər.Onlar getdikdən sonra yavaş-yavaş irəlilədim”

 

Daha çox xəbərlər