Rəvan Əlizadəyə yüksək VƏZİFƏ VERİLDİ
Şamaxı Rayon İcra Hakimiyyətinə yeni kadr təyin olunub.
Musavat.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov əmr imzalayıb.
İcra başçısının əmri ilə Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri – şəhərin baş memarı vəzifəsinə təyin olunub.
R.Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.

