Dünya 

Paşinyan təcili İrəvana qayıtdı

Ermənistanın baş naziri Nikol Paşinyan Qafan və Mehri şəhərlərinə səfərini ləğv edib.

ARANTV.AZ xəbər verir ki, baş nazir feysbuk hesabından paytaxt İrəvana qayıtdığını yazıb.

O bildirib ki, həmin bölgələrdə atmosferin Sünikdəki kimi olduğuna əmindir.

Paşinyan sözügedən bölgələrə səfərin borcu olduğunu qeyd edib.

Qeyd edək ki, tarixi Zəngəzur ərazisində yerləşən erməni rayonları etiraz aksiyasına qalxaraq magistral yolları bağlayıb. Onlar ərazilərin Azərbaycanın nəzarətinə verilməsindən təşvişə düşüb.

Baş nazir Nikol Paşinyanın kortecinin qarşısı Sünikdə kəsildiyinə görə o, helikopterlə səfər etməyə məcbur olub.

Daha çox xəbərlər