Paşinyandan 102-ci Rusiya bazası ilə bağlı AÇIQLAMA
Ermənistan 102-ci Rusiya hərbi bazasını ölkədən çıxarmağı planlaşdırmır.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, ölkənin ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir plan və proqram yoxdur.
“Ermənistan ərazisində, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var, iqtisadi və siyasi əlaqələr qurulub”, – Paşinyan deyib.
Baş nazir əlavə edib ki, Ermənistanla Rusiya arasındakı münasibətlər transformasiya mərhələsindədir:
“Bu gün biz Rusiya ilə yeni münasibətlər qururuq. Biz qətiyyətliyik və Rusiya Federasiyası ilə əməkdaşlığı inkişaf etdirmək istəyirik, amma fakt budur ki, bu münasibətlər bir sıra amillərə görə dəyişir”, – Paşinyan vurğulayıb.

