Gündəm 

Ceyhan terminalından göndərilən neftin həcmi açıqlanıb

Türkiyənin BOTAŞ International Limited (BIL) şirkəti bu günə qədər Ceyhandakı neft terminalından təxminən 3,563 milyard barel neft göndərib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu günə qədər Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 4651 tanker neft göndərilib.

2020-ci ilin əvvəlindən Ceyhan neft terminalından 270 tanker AÇG nefti (təqribən 203,5 milyon barel neft) göndərilib.

Daha çox xəbərlər