Cəmiyyət Manset 

Bərdə rayonunda İcra başçısı növbəti dəfə şəhid ailələri və yaralı Qazilərimizlə görüşdü.

Bərdə rayonunda şəhid ailələri, qazilər xüsusilə yaralı əsgər və zabitlərimiz daim diqqət mərkəzində saxlanılır, onlara baş çəkilir, ailənin qaldırdığı məsələlər öyrənilir, mümkün problemlər yerində həll edilir, onlara hüquqi, maddi və mənəvi köməkilk göstərilir.

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev aidiyyəti rəhbər şəxslərlə birlikdə növbəti dəfə Mustafaağalı kəndində yaralı əsgər Mustafayev Yusir Telman oğlunun, çavuş Cavadov Hüseyn Hakim oğlunun, əsgər Salahov Elçin oğlunun, Bakı şəhərində müalicə olunan qazilər, əsgər İsmayılov Rasif Xeybər oğlunun, gizir Quliyev Elxan Elman oğlunun, Lək kəndində şəhid Abuşov Asif Əlövsət oğlunun ailələrinə baş çəkmişdir. Belə görüşlər ənənəvi olaraq davam etdiriləcəkdir.

Daha çox xəbərlər