Azərbaycanda axtarışda olan 150 nəfər saxlanıldı – Rəsmi
Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət faktları və hadisələr barədə məlumat yayıb.
ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 150 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 134 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb.

