Boliviyanın cənub-qərbində yerləşən Okuri kəndi yaxınlığında sərnişin avtobusunun uçurumdan düşməsi nəticəsində ən az 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, avtobus 100 m hündürlükdən dərəyə aşıb.
Qəzanın səbəbləri kimi nəqliyyat vasitəsindəki texniki nasazlıqlar və dumanlı hava göstərilir. Yaralılar yaxın xəstəxanalara aparılıb.
