İdman 

Azərbaycan milli komandasının “AVRO-2020” seçmə mərhələsində oyunlarının təqvimi müəyyənləşib

ARANTV.AZ xəbər verir ki, bu gün Azərbaycan milli komandasının “AVRO-2020” seçmə mərhələsində oyunlarının təqvimi müəyyənləşib.

Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın ilk matçı 2019-cu il martın 21-də Xorvatiyada, son oyunu isə noyabrın 19-da Slovakiyada təşkil olunacaq.

Təqvim aşağıdakı kimi müəyyən olunub:

21 mart

Xorvatiya – Azərbaycan

8 iyun

Azərbaycan – Macarıstan

11 iyun

Azərbaycan – Slovakiya

6 sentyabr

Uels – Azərbaycan

9 sentyabr

Azərbaycan – Xorvatiya

13 oktyabr

Macarıstan – Azərbaycan

16 noyabr

Azərbaycan – Uels

19 noyabr

Slovakiya – Azərbaycan

Daha çox xəbərlər