Cəmiyyət 

“DOST” mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST-Dayanıqlı və Operativ Sosial Təminat mərkəzlərində əyani müraciət edənlərlə yanaşı, əhaliyə proaktiv xidmətlər də göstəriləcək. Vətəndaşlara sms-lə müvafiq məlumatlar veriləcək. Yəni, vətəndaş heç yerə müraciət etmədiyi halda, məsələn, bir aydan sonra pensiya və ya sosial müavinət hüququna malik olacağı barədə məlumat alacaq. Yaxud barəsində əlilliyin qiymətləndirilməsi üçün sistemə göndəriş daxil edilən vətəndaş qiymətləndirmənin nəticəsi barədə proaktiv formada məlumatlandırılacaq. 2019-2025-ci illərdə Bakıda və regionlarda 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.

Daha çox xəbərlər