Cəmiyyət Region Xəbərləri 

Bərdədə 3 DEKABR –Beynəlxalq Əlillər Günü qeyd edilib

“Sən tək deyilsən” adli tədbir Bərdə şəhər Uşaq İncəsənət məktəbində baş tutub

 

ARANTV.AZ xəbər verir ki, Beynəlxalq Əlillər Günü münasibətilə “Inkişaf  Naminə İdman “ İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Bərdə Günərzi Qayği Mərkəzi  “Sən tək deyilsən” adli tədbir təşkil edib .Tədbirdə  bir sıra hökümət nümayəndələri,körpələr evlərinin kollektivi ,orta məktəblərin şagird və müəllimləri iştirak edib,

İlk öncə çıxış üçün söz Seyid Yusif Ağanın qız övladı seyid Vəsilə xanıma verilib.Vəsilə xanım mərkəzin balalarına dualarını söyləyib .

Bərdə Günərzi Qayği Mərkəzinin rəhbəri Aygün xanım Hüseynova iştirakçılara tədbirin məqsədi Bərdə Günərzi Qayğı Mərkəzinin fəaliyəti,sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə yaşayan uşaqlara,həmçinin onların ailələrinə göstərilən xidmətlər haqda məlumat verib.

Daha sonra çıxış edən “Şəhid Ailələri, Qarabağ Əlilləri və Müharibə Veteranları” ictimai Birliyinin Bərdə rayon şöbəsinin sədiri Etibar xanım Hüseynova rəhbəri olduğu təşkilatın adından tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, təmsil etdiyi təşkilatın da sıralarında xeyli sayda əlil insanlar var. Onlar sağlamlıqlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban veriblər. Etibar xanım Hüseynova belə bir təşkilata rəhbərlik etdiyindən əlil olmaq, onun nə demək olduğunu yaxşı anladığını deyib. Tədbirə də sağlamlıq imkanları məhdud olan uşaqlara hədiyyələrlə gəldiyini bildirərək, uşaqlara gətirdikləri sovqatı paylayıb.

Təhsil şöbəsində metodkabinetin direktoru Xuraman Qurabanova və Həmkarlar İttifaqının sədri Tamella İbadova çıxış edərək mərkəzin fəaliyyətini təqdirəlayiq olduğunu söyləyiblər, bu çətin və məsuliyyətli işdə məkəz kollektivinə uğurlar diləyiblər.

Dölət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin şöbə müdiri Könül xanım Hüseynova çıxış edərək əlillər günü ilə baglı məlumat verib.Şöbənin nümayəndələri gətirdikləri hədiyyə payını uşaqlara təqdim ediblər.

Daha sonra Nəriman Nərimanov adına  3 saylı Bərdə şəhər tam orta məktəbin direktoru Səfurə xanım Hümbətova sağlamlıq imkanı məhdud uşaqların qulluğunda dayanmağın çətin bir iş olduğunu, ancaq Bərdə Günərzi Mərkəzinin rəhbəri Aygün Hüseynovanın bu işin öhdəsindən layiqincə gəldiyini, onun bu fəaliyyətinin alqışa layiq olduğunu bildirib.

Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən  Aydın Qasımov Əlillər günü ilə bağlı danışaraq , fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Daha sonra mərkəzin uşaqları ədəbi-bədii  proqramları ilə çıxış ediblər.

Şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin ifasında “Bayraq qürurumdur”kompazisiyası və maraqlı səhnəciklər göstərilib.

 

 

 

 

 

Daha çox xəbərlər