Ermənistanda son sutkada COVID-19-dan 19 nəfər ölüb
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 621 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son sutkada 19 nəfər koronavirusdan ölüb və bununla da ölkədə xəstəlikdən ölənlərin ümumi sayı 2 733 nəfərə çatıb.
Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 156 763, xəstəlikdən sağalanların sayı isə 137 815 nəfərə yüksəlib.

