Sosial 

Anası fiziki qüsurlu olan şəhidimizin VİDEOSU YAYILDI

Bir müddət əvvəl şəhid Nicatın sağlamlıq imkanları məhdud anasının fəryad etdiyi əks olunan görüntüləri dərc etmişdik. Şəhid oğluna ağlayan Aygün ananın fəryadı hələ də yaddaşlardan silinməyib.

ARANTV.AZ  Sonxeber.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Nicatla bağlı hər kəsi kövrəldən yeni görüntülər yayılıb. Həmin kadrlarda igid əsgərimiz qarlı havada dayısına müraciət edərək hal-əhval tutur və “Burada hər şey var, bircə sən yoxsan” sözlərini deyir.

Şəhidlik zirvəsinə ucalan Nicatın hekayəsində maraqlı məqamlar da üzə çıxıb. Bu barədə könüllü əsgər və Nicatla eyni İnternat evində böyüyən Elçin Əhmədov məlumat verib:

“Nicat internatı bitirəndən sonra anasını tapıb gətirərək ona baxırdı. Axırıncı dəfə Şuşa istiqmətində idik. Onlar bizim qrupla yerdəyişmə edərək Şuşa istiqamətində qalxdılar. Nicat Şuşa türməsində olanda onunla əlaqə saxlayıb hal-əhvalın soruşdum. O mənə Şuşa türməsinin yaxşı vəziyyətdə olmadığını dedi. Dedi ki, buranı səliqə-səhmana salırıq. Sabahısı gün eşitdim ki, Nicat minaya düşüb, şəhid olub. Özümü bağışlaya bilmirdim”.

Nicatın sözügedən videosunu izləyicilərə təqdim edirik:

 

Daha çox xəbərlər