Sosial 

Şəhidin ailəsinə yazdığı SON MESAJI ÜRƏK DAĞLADI – FOTO

Şəhid olan əsgərimiz Rzayev Ceyhunun telefonunda ailəsinə yazdığı mesaj tapılıb.

ARANTV.AZ  Sonxeber.az-a istinadən mesajı olduğu kimi izləyicilərlə bölüşür:

“Salam, mənim doğmalarım. Mehriban olun hər zamam, mənə görə ağlamayın heç vaxt. Mən sizin yanınızda olacam hər zaman. Nə vaxtsa xətrinizə dəymişəmsə, bilin ki, bu, sizin mehribanlığınız üçün olub.

Əgər mənim rahat yatmağımı istəyirsinizsə, mənə görə ağlamayın, mən istədiyim zirvədəyəm. Allah millətimizi qorusun…
Ata, Ana, Leyli güclü olun, hər zaman bir yerdə olun, mehriban yaşayın…”

Əslən Laçın rayonundan olan Xüsusi Təyinatlı qəhrəmanımız, 16 sentyabr 1994-cü ildə Bərdə şəhərində anadan olub. Ailədə 2 uşaq olublar, 1 bacı, 1 qardaş.

Döyüş yoldaşları deyir ki, dəstədə ən cəsurlar, ən hünərli olan igidlərin başında dururdu Ceyhun Rzayev. Döyüş vaxtı bir an olsun Laçın dilindən əksik olmayıb, ona aid kadrlara baxanlar bilir. 7 noyabr tarixində düşmənə son qorxusunu yaşatdı, daha sonra aldığı ağır yaradan qanaxma nəticəsində döyüş bölgəsində Şəhidlik zirvəsinə yüksəldi. İndi yataqxanada onun yerinə bayraq sərilib. Xidmət yoldaşları deyir:

“Onun yerinin yanından hər keçəndə ürəyimiz parçalanır, qeyri-ixtiyari gözlərimiz dolur. Belə igid Vətən oğlunu, qardaşımızı itirmək çətindi, lakin bu onun ən öndə arzusu idi. Hədəfin Qarabağ, Laçın olduğunu yaxşı bilirdi, bu amal uğrunda, Vətən uğrunda canla, başla vuruşurdu”.

Qeyd edək ki, Ceyhun Rzayev şəhid olduqdan sonra “Cəbrayılın azad olunmasına görə” , “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Allah Şəhidlərimizə rəhmət eləsin…

Şəhidin ailəsinə yazdığı SON MESAJI ÜRƏK DAĞLADI - FOTOŞəhidin ailəsinə yazdığı SON MESAJI ÜRƏK DAĞLADI - FOTOŞəhidin ailəsinə yazdığı SON MESAJI ÜRƏK DAĞLADI - FOTO

Daha çox xəbərlər