Yaralı əsgərlərimizin DƏHŞƏTLİ VİDEOSU YAYILDI
Döyüş yoldaşlarını neytral zonadan çıxarmaq üçün özünü güllə qabağına atan əsgərimizin videosu yayılıb.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, videoda həmin əsgər digər əsgərlərə “Şəhidlərimiz hanı?” deyərək ağlayır.
Digər yaralı dostuna isə “Özündə güc topla, çıxaq, “neytral”da qalmışıq ” deyir. Yaralı əsgər onu xilas etməyə gələn dostuna “ölürəm” deyib.
Qeyd olunur ki, Maarif adlı yaralı əsgəri, eləcə də dörd şəhidin nəşini neytral zonadan Arif və Anar adlı igidlərimiz özlərini snayperə hədəf edərək çıxarıblar, lakin Arif ağır yaralanıb.
Sosial şəbəkələrdə yayılan video hər kəsi kədərə boğub.

