Hadisə 

Bakıda 34 yaşlı kişi hamamda boğulub öldü

Bakı sakini dəm qazından boğularaq ölüb.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Rayonun V.Əliyev küçəsi 156 ünvanında yaşayan, 1984-cü il təvəllüdlü Eyyubov Vurğun Mərfət oğlu yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbərlər