Siyasət 

BƏƏ-nin yaranmasının 47-ci idönümü ilə bağlı Bakıda rəsmi qəbul olub

ARANTV.AZ xəbər verir ki, Bakıda Birləşmiş Ərəb Əmirliklərinin  yaranmasının 47-ci ildönümü ilə bağlı  rəsmi qəbul olub.  Bu ölkənin Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə  qarşılıqlı münasibətlərin perspektivlərinə də toxunulub.

Birləşmiş Ərəb Əmirlikləri  həmişə müxtəlif beynəlxalq, regional  tərrəfdaşlıq çərçivəsinə qəbul edilən proqramlar vasitəsiylə tolareantlıq və multukulturalizm  dəyərlərinə sadiqlik nümayiş etdirib. Birləşmiş Ərəb Əmirliklərinin  yaranmasının 47-ci idönümü ilə bağlı  tədbirdə səfir   Məhəmməd Əhməd Hamil Əl-Qubeysi belə dedi. Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında əlaqələr qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa, bunu daha da gücləndirən İslam irsinə və müştərək tarixə əsaslanır. Diplomat ikitərəfli əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük rol oynadığını və iqtisadi əlaqələrin son illərdə genişləndiyini qeyd etdi.  Azərbaycanla- Birləşmiş Ərəb Əmirlikləri araslında sıx qarşılıqlı əməkdaşlıq hökm sürür-deyən səfirə görə, ölkəsindən minlərlə turist Azərbaycana böyük maraq göstərir ki, bu da əlaqələrə xüsusi töhfə verir.  Azərbaycan  Przidenti və hökuməti adından Birləşmiş Ərəb Əmirliklərinin  47-ci ildönümünü təbrik edən iqtisadiyyat naziri Şahin  Mustafayev  bu ilin 9 ayı ərzində  iki ölkə arasında ticarət dövriyyəsinin   51% artdığını dedi. O, BƏƏ  ölkəmizə yatırdığı 2,1 milyard dollar investisiyanın 1, 3 milyard dollarının neft sektoruna, 806 milyon dollarının isə qeyri-neft sektoruna yönəldiyini vurğuladı.  Azərbaycan isə BƏƏ 330 milyon dollar sərmayə yatırıb. Eləcə də Azərbaycanda 300-ə yaxın ərəb şirkəti fəaliyyət göstərir.  Nazir Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin mövqelərinin beynəlxalq məsələlərdə üst-üstə düşdüyünü diqqətə çatdırdi.

Daha çox xəbərlər