Cəmiyyət 

Azərbaycan məhsulları Latviyada keçirilən Beynəlxalq Milad xeyriyyə yarmarkasında nümayiş olunub

ARANTV.AZ xəbər verir ki, Azərbaycanda istehsal olunan müxtəlif çeşidli məhsullar və milli mətbəxtin nümunələri Latviyada keçirilən  22-ci Beynəlxalq Milad xeyriyyə yarmarkasında diqqət mərkəzində olub.

Riqa şəhərində Beynəlxalq Qadınlar Klubunun və xarici ölkələrin Latviyada akkreditə olunmuş səfirliklərinin dəstəyi ilə keçirilən ənənəvi beynəlxalq Milad yarmarkasında dünyanın 30 ölkəsinin milli mətbəxti və yerli məhsulları nümayiş etdirilib. Yarmarkada təmsil olunan milli yeməklər və müxtəlif çeşidli məhsullarımız maraqla qarşılanıb. Gün ərzində Azərbaycan guşəsinə təşrif buyuran qonaqlara ləziz təamlarımız təqdim olunub. Qonaqlar müxtəlif çeşidli mürəbbələr, şərab və meyvə şirələri, çay, paxlava, şəkərbura, dolma və plovun dadından zövq alıblar.  Beynəlxalq Yarmarkaya gələn  Latviya Prezidenti Raymonds  Veyonis xanımı ilə birlikdə Azərbaycan pavilyonunu ziyarət edib. Səfir Cavanşir Axundov ölkəmizdə istehsal olunan məhsullar haqda Latviya prezidentinə məlumat verib. Prezident Azərbaycan stendinin fonunda şəkil çəkdirib, qonaqpərvərliyə və xeyriyyə yarmarkasında iştirakına görə təşəkkür edib.

Daha çox xəbərlər