Dekabrın 28-dən Əyyami-Fatimiyyə günləri daxil olub
Bu günlərdə (bu il dekabrın 28-dən başlayaraq) Əyyami-Fatimiyyə günləri qeyd olunur.
İslam.az-ın məlumatına əsasən, Əyyami-Fatimiyyə ərəb dilindən tərcümədə “Fatimə günləri” deməkdir. Həzrət Fatimənin (ə) şəhadəti rəvayətlərə görə iki tarixdə qeyd edilir. Bir rəvayətə görə, o həzrət atasının vəfatından 75 gün sonra, digər rəvayətə görə 95 gün sonra dünyasını dəyişmişdir. Bu hesabla Xanımın vəfatı cəmadiyül-əvvəl ayının 13-də və cəmadiyüs-sani ayının 3-də qeyd edilir. Bu ikisinin arasındakı 20 günə “Əyyami-Fatimiyyə” deyirlər.
Əyyami-Fatimiyyədə ənənə üzrə Həzrət Zəhraya (ə) matəm tutulur.

