Siyasət 

Prezident iki generalı təltif etdi

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

ARANTV.AZ  xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Təltif edilənlər arasında generallar da var.

Belə ki, general-mayor Əliverdiyev Vüqar Əfqan oğlu və general-mayor Həsənov Hikmət Hüseyn oğlu “Suqovuşanın azad olunmasına görə” medalına layiq görülüblər.

Daha çox xəbərlər