Ordumuza “terrorçu” deyən erməni efirdə DÖYÜLDÜ
Rusiyalı ekspert Maksim Şevçenko canlı yayımda Azərbaycan ordusuna “terrorçu” deyən Gürcüstan ermənisi Nikolay Svanidzeni döyüb.
ARANTV.AZ redaktor.az-a istinadən xəbər verir ki, hadisə radio verilişlərinin birində baş verib.
Belə ki, N.Svanidze verilişdə ermənilərin tərəfini tutaraq, Azərbaycan Ordusunu terrorçu adlandırıb. M.Şevçenko isə onu saxtakarlıqda, yalan danışmaqda ittiham edib. N.Svanidze bundan qəzəblənərək onun üzərinə hücum edib və nəticədə canlı yayımda dava düşüb.

