Hadisə 

2 avtomobil toqquşdu: xəsarət alanlar var

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, Bakı-Şamaxı yolunda hərəkətdə olan 06-BC-860 dövlət nömrə nişanlı “KamAZ” markalı yük və 10-KA-224 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Nəticədə Şamaxı rayon sakinləri – 1997-ci il təvəllüdlü Əzizli Rüfət Natiq oğlu və 1985-ci il təvəllüdlü Əkbərov Çingiz Nadir oğlu xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Daha çox xəbərlər