Artıq həftəsonu həzzini həftənin istənilən günü yaşaya biləcəksiniz – T.G.I. Friday’s ™ tezliklə Bakıda
Bakıda ən çox gözlənilən yeni “T.G.I. Friday’s™ American Bar and Grill” restoranının açılması 2021-ci ildə yazın sonunadək planlaşdırılır.
Bütün dünyada öz kokteylləri və inanılmaz xoş mühiti ilə məşhur olan bu restoran Amerika dadlarından ilhamlanaraq hazırlanmış ləzzətli məzələr, yeməklər və qəlyanaltılardan tutmuş son dərəcə dadlı desertlərə qədər fərqli çeşidlərlə zəngin menyusu ilə gəlir. Bu menyu qonaqların ümidlərini mütləq doğruldacaq.
Beləliklə, qonaqlar həftəsonu asudəliyini hər gün yaşamaq üçün çox gözləməli olmayacaqlar. Çünki yeni restoranın tikintisinə artıq başlanıb. Mükəmməl düşünülmüş dizayn və daxili tərtibat yalnız “Friday’s™”də əldə edə biləcəyiniz təkrarolunmaz yemək təcrübəsi və zövqlü istirahət üçün gözəl zəmin yaradır.
Brendin Qlobal Marketinq Direktoru Silvia Flores: “Qonaqlarımızın dostları ilə bir araya gələrək uzun iş günlərindən sonra dincələ biləcəyi və həftənin hansı günü olursa olsun həftəsonu hissindən zövq ala biləcəyi bir yer yaratmaq istədik. Restoranın müasir dizaynı cəlbedici və əyləncəlidir. Qonaqlar burada dadlı yeməklər və möhtəşəm içkilərdən zövq almaqla günün gərginliyindən qurtula biləcəklər”.
“American Bar and Grill” 2021-ci ilin yazında rəsmi olaraq açılacaq. Həyəcanla gözləyən qonaqlarımız Amerika stilində hazırlanmış menyumuzun zəngin təamlarını və bizim dünyaca məşhur kokteyllərimizi ilk dadanlardan olmaqla unudulmaz anları yaşaya biləcəklər.
“TGl FRlDAYS” HAQQINDA
“TGI Fridays” ilk məkanı 1965-ci ildə Nyu-York şəhərində açmışdır. “Fridays” 50 ildən artıq bir müddətdə böyüyərək 60 ölkədə yüksək keyfiyyətli orijinal Amerika yeməkləri, əfsanəvi içkilər təqdim edən və səmimi xidmət göstərən 880-dən çox restorana sahib olmuşdur. İnsanları sosiallaşmaq və “Cümə günü” abu-havasını hiss etmək üçün bir araya gətirmək bizim “Burada Həmişə Cümədir®” vədimizin əsasını təşkil edir.

