Sosial 

2020-ci ildə 10 nəfərə Gənclər üçün Prezident Mükafatı təqdim olunub

2020-ci il ərzində Gənclər və İdman Nazirliyinin Mərkəzi Aparatı tərəfindən və dəstəyi ilə gənclər siyasəti sahəsində 148 tədbir keçirilib, onlardan 129-u yerli, 19-u isə beynəlxalq səviyyəli olub. Tədbirlərin 116-sı virtual məkanda, 32-si isə əyani olaraq keçirilib. 14 nəfər xarici ölkələrə ezam olunub, 98 nəfər isə Azərbaycan Respublikasında qəbul edilib.

Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi ilə bağlı tədbirlər keçirən nazirlik yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sahəsində də xeyli işlər görüb.

Belə ki, 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə 2019-ci ildə elm və təhsil, mədəniyyət, ictimai və sosial yönümlü, gənclər siyasəti və gənclərlə iş, innovasiya və sahibkarlıq fəaliyyət sahələri üzrə fərqləndiyinə görə 10 nəfər gəncə (hər birinə 10 min manat – red.) Gənclər üçün Prezident Mükafatı təqdim edilib.

Həmçinin, 2019-cu ildə fərqləndiyinə görə 22 nəfər gənc pul mükafatına, 31 gənc xüsusi diploma layiq görülüb.

“Gənclər Paytaxtı” müsabiqəsində onlayn səsvermə nəticəsində Masallı rayonu 2020-ci ilin Azərbaycanın Gənclər Paytaxtı seçilib, 2 fevralda keçirilən mərasimdə rayona Gənclər Paytaxtının simvolik açarı təqdim edilib.

Gənclər təşkilatları, tələbə və tələbə təşkilatları ilə işlər isə həm pandemiyadan əvvəl, həm də pandemiya dönəmində keçirilməyə davam edib.

2020-ci ildə Gənclər və İdman Nazirliyi beynəlxalq münasibətlərini genişləndirib, bir sıra tədbirlərdə rəhbərlik səviyyəsində iştirak edib.

Daha çox xəbərlər