Şəhid olacağını düşünən ata qızları üçün GÖRÜN NƏ ETDİ – FOTO
Son zamanlar qəhrəman əsgərlərimizin, şəhid və qazilərimizin hekayələri dillərdən düşmək bilmir.
ARANTV.AZ Sonxeber.az-a istinadən Vətənin müdafiəsində dayanan igidlərdən birinin hekayəsini yaxınlarının dili ilə izləyicilərə çatdırır:
“Döyüşdə olarkən bir hərbçimiz Hadrutda yaralanıb. Hatəmli Samət adlı digər əsgərimiz həmin yaralı əsgər yoldaşı vasitəsilə Füzuli Diaqnostika Mərkəzinə 2 qızı üçün hədiyyə göndərib və hədiyyənin baş həkimə verilməsini xahiş edib: “Əgər sağ qalsam, özüm gəlib götürəcəyəm. Şəhid olsam, qızlarıma son xatirə kimi ailəmdən bir nəfər götürər”.
Hədiyyə xəstəxanada dünənə kimi qalırdı, lakin bu gün həmin ailədən bir nəfər hədiyyəni gəlib götürüb.
Xəstəxanadakılar hərbçinin şəhid olduğunu düşünüblər, amma qohumu Samətin hələ də sağ olduğunu və hazırda Kəlbəcərdə xidmət etdiyini deyib”.


