Təhsil 

Süni intellekt məktəblərdə ayrıca fənn kimi tədris oluna bilərmi?

Azərbaycanda süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası istiqamətində hazırlıq işlərinə başlanılıb. Bu çərçivədə müəllimlərin yeni rəqəmsal alətlərlə işləmək bacarıqlarının artırılması prioritet istiqamət kimi müəyyən edilib.

Musavat.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən media brifinqində danışıb.

İdarə rəisi bildirib ki, hazırda müəllimlərin süni intellekt texnologiyaları ilə tanışlığı və bu sahədə bacarıqlarının inkişaf etdirilməsi üzərində işlənilir. Məqsəd pedaqoqların gündəlik tədris prosesində istifadə edə biləcəyi süni intellekt əsaslı alətlərin onların mobil telefon və kompüterlərində əlçatan olmasını təmin etməkdir.

“Biz çalışırıq ki, müəllimlər süni intellekt alətləri ilə birgə işləmə bacarıqlarına yiyələnsinlər və bu imkanlardan tədris prosesində effektiv şəkildə istifadə edə bilsinlər”, – deyə V.Xanlarov qeyd edib.

İdarə rəisinin sözlərinə görə, süni intellekt sahəsində dünya aydınlaşma mərhələsindədir və Azərbaycanda da bu sahədə araşdırma aparılır.

Daha çox xəbərlər