11 ayda Gürcüstana bir milyondan çox azərbaycanlı gedib
Bu ilin yanvar-noyabr aylarında Gürcüstana səkkiz milyondan çox əcnəbi gəlib. Bu, ötən illə müqayisədə 10,6 faiz çoxdur.
ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlamasında Gürcüstanın Milli Turizm Administrasiyasının sədri Georgi Çoqovadze məlumat verib.
Turizm vizalarının sayı 11 ayda 4 milyon 486 min 500-dən çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,2% çoxdur.
Bu ilin 11 ayı ərzində Gürcüstana daha çox Rusiya, Azərbaycan (1 milyon 311 min 907 nəfər), Ermənistan və Türkiyədən səfərlər edilib.

