Dünya 

İrlandiyada karantin qaydaları sərtləşdirildi

İrlandiya hökuməti növbədənkənar iclasda karantin məhdudiyyətlərinin sərtləşdirlməsi qərarını verib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Mixol Martin milli telekanalın efirində deyib.

Bildirilir ki, yanvarın 1-dən sakinlər yaşayəş yerlərindən 5 kilometrdən çox uzaqlaşa bilməzlər. Restoran, bar, bərbərxanalar bağlı olaraq qalacaqlar. Qraflıqlar ərazisində belə hərəkətə məhdudiyyətlər tətbiq edilir. Qida dükanları və apteklərdən başqa digər ticarət məntəqələri fəaliyyət göstərməməlidir.

Məhdudiyyətlər ən tezi 31 yanvara qədər qüvvədə qalacaq. Səbəb olaraq ölkənin cənub-şərqində aşkarlanan koronavirusun yeni ştammının yayılmasının qarşısının alınması göstərilir.Son məlumata əsasən, İrlandiyada 1 718 koronavirusa youxma halı qeydə alınıb, virusun daşıyıcısı olan 13 nəfər dünyasını dəyişib.

Daha çox xəbərlər