Maraqlı 

Bədəndə yağları əridən meyvə

“İl ərzində yeməkdən əvvəl sadəcə bir alma yemək beş kilodan çox piyin əriməsinə gətirib çıxarır”.

ARANTV.AZ  “Report”a istinadən xəbər verir ki, bu barədə diyetoloq Rob Hobson deyib.

Onun sözlərinə görə, alma şokolad və ya yüksək kalorili şirniyyatdan üç qat daha doyurucudur:

“Yüz qram almada 1,2 qram pəhriz lifi mövcuddur. Bu da xüsusilə yeməkdən əvvəl yeyildikdə tox olmağımızı təmin edir. Lif eyni zamanda bağırsaqdakı bakteriya tarazlığını tənzimləyir. Nəticədə orqanizm arıqlayır və bədəndə yağın yığılması ləngiyir”.

Daha çox xəbərlər