Sosial 

AZTV-dən “Böyük qayıdış” kompozisiyası – VİDEO

Azərbaycan Televiziyası möhtəşəm zəfər ilinə və şəhidlərin əziz xatirəsinə həsr olunan “Böyük qayıdış” kompozisiyası hazırlayıb.

AzTV-nin yaydığı məlumata görə, kompozisiyada uzun illər işğal altında qalan torpaqlarımızın ana Vətənə qovuşması, həmçinin 44 günlük Vətən müharibəsinin qazilərinin döyüş xatirələri əks olunub.

Kompozisiya bu gün saat 22:15-də Azərbaycan Televiziyasında yayımlanacaq.

Daha çox xəbərlər