Sosial 

“Vətən Müharibəsi Qəhrəmanı”nın adı oğluna verildi – İcra başçısı BELƏ QARŞILADI – FOTO

31 dekabr 2020-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev şəhid baş gizir, “Vətən Müharibəsi Qəhrəmanı” Allahyarov Şahin Hüseynbala oğlunun yenicə dünyaya gəlmiş oğlu, körpə Şahinin və şəhidimizin həyat yoldaşı Allahyarova Kəmalə Ağaşirin qızını xəstəxanada zəyarət edib.

ARANTV.AZ  xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev körpə Şahinin dünyaya gəlməsi münasibətilə onun əzizlərinə təbriklərinin çatdırmış və onun da atası kimi Vətənə layiqli övlad olacağına əminliyini bildirib.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev körpə Şahinin anasına hədiyyələr təqdim edib.

İcra başçısı körpəni doğum şöbəsində qarşıladıqdan sonra ana və körpəsi Zizik kəndindəki evlərinə yola düşüb.

Daha çox xəbərlər