Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Bir şəklin qeyri-adi tarixçəsi

By Vüsal Rafiqoğlu
04.01.2021 5 Min Read

Şəhidliyin bizi o qədər diriltdi ki, bir ömür bəsdir bizə…

ARANTV.AZ  xəbər verir ki, əsgər İlkin Rüstəmov Şəhid general Polad Həşimovla illər öncə yaşanmış hekayəsini sosial şəbəkədə paylaşıb:

– İl 2010. Universiteti bitirib iyul ayında yollandım hərbi xidmətə. Hərbi korpusda olarkən öyrəndim ki ölkənin demək olar ən çətin və ekstremal dağlıq şəraitli hərbi hissəsinə düşmüşəm – Daşkəsən rayonunda, Kəlbəcərlə o vaxtkı cəbhə zolağında olan N saylı hərbi hissəyə.

Yay ayları olduğundan tək qısaqol T-shirtlə getmişdim. Hərbi Zil yük maşını ilə Daşkəsənin dolambac yolları ilə dağlıq bölgədəki hərbi hissəyə qalxdıq, soyuq idi və mən əməlli üşüyürdüm. Köhnə əsgərlər maşından bizi, yeni gələn əsgərləri düşürtdülər. Sonra bizə hərbi forma verilməsi üçün kaptyorkaya (saxlanc yerinə) apardılar. Ölçülərimizi soruşub bizə geyim verən MAXE əsgər ilə bizi sıraya düzüb oraya aparan 2 əsgərin həyəcanlı dialoqlarına qulaqlarımı şəkləyib qulaq asırdım. Jarqon sözləri çıxsaq dialoq təxminən bu cür idi:

– Eşitdin, o gün axşam kambrik (Hərbi hissə komandiri) kəşfiyyatla birlikdə hücum edib post alıb?

– Hə eşitdim, erməni postundakıların anasını ağladıblar orda.

Eşitdiklərim məni həm sevindiridi və həm də ilk dəfə adını eşitdiyim yeni komandirimizə qarşı artıq ilk saatlardan rəğbət oyanmışdı məndə. Bəli, hərbi hissə komandiri Polad Həşimov öz şəxsi təşəbbüsü ilə, gecənin bir yarısı Kəşfiyyat bölüyünün əsgərləri ilə birlikdə hücum edib Kəlbəcərdə 2 erməni postu almışdı. Dağlıq postlarda erməni əsgərlərindən bir neçəsi öldürülmüş, qalanları isə qaçıb getmişdilər. Daha sonra o postların biri əsgərlər arasında Polad postu olaraq adlandırılmışdı.

Ondan sonra xidmət müddətində nə zaman hərbi hissə düzülüşü olsa və polkovnik Polad Həşimov qarşımızda çıxış eləsə (o vaxt hələ general rütbəsi verilməmişdi) çox diqqətlə və həm də fəxarət hissi ilə onu dinləyirdim və ürəyimdə dua edirdim ki kaş bizim ordumuzda polovnik Həşimov kimi zabitlərin sayı daha çox olardı.

Yanvar ayı gəldi və mən 10 günlük məzuniyyətə buraxıldım. Evimiz Bakıda, Zabrat qəsəbəsində idi. Məzuniyyət günlərində qərara aldım ki komandirimizə bir məktub yazıb ad gününü, həmçinin də arxada qalan yeni il bayramını təbrik edim.

Əlyazma ilə P.Həşimova məktub yazdım. Məktubda həm onu təbrik edirdim həm də, ürəyimdən gələn hisslərimi yazıb onunla fəxr etdiyimi yazdım. Məktubun sonunda isə ondan bir xahişim vardı onu yazdım: dedim ki, yoldaş polkovnik, mən çox istəyərdim ki, sizinlə birlikdə şəklimiz olsun, qismət olsa çəkdirərik, inşallah. Və bu notlarla bir dolu səhifəlik məktubumu yekunlaşdırıb sonda da imzaladım: N saylı hərbi hissə, 15-ci bölüyün əsgəri, İ.Rüstəmov.

Əvvəl fikirləşdim ki, məzuniyyətdən geri qayıdanda məktubu özümlə aparıb qərargahdan hər hansı zabitə verib xahiş edim ki, çatdırsın hərbi hissə komandirinə. Sonra fikirləşdim ki, birdən çatdırmaz. Ona görə gedib Zabrat qəsəbəsinin poçt şöbəsindən məktubu yola saldım. 2 gün sonra isə özüm də məzuniyyəti başa vurub geri yollandım Daşkəsənə.

Geri qayıtdıqdan sonra ilk 1 həftə ərzində məktubun hər hansı bir reaksiya doğurub doğurmayacağını gözləyirdim. Heç məktubu aldığına da tam əmin deyildim. Amma sonra o məktub mənim özümün yadımdan çıxdı. Qarlı, şaxtalı hava şəraitində xidmətimizə davam etdik.

Aylar keçdi, yay gəldi və 1 iyul yəni mənim ordudan tərxis olunma tarixim gəlib yetişdi. Bütün tərxis olunan əsgərlər kimi mən də sevincli və həyəcanlı idim. Təxrisdən öncə bizi hərbi hissənin yeməkxanası önündə düzdülər. Biz orada getməzdən öncə kiçik sorğu anketini dolduracaqdıq. Mən də sırada öz növbəmi gözləyərkən birdən gördük ki, hərbi hissənin növbətçi zabiti, digər bir bölüyün komandiri, kapitan tələsik bir şəkildə sıranın yanına gəldi. Sıranın başında olan gizir ona hərbi salam verdi. Sonra bu kapitan üzünü sıralara tutub yüksək səslə çağırdı:

– Aranızda əsgər Rüstəmov İlkin kimdir?

Öz adımı eşidib qorxdum sözün açığı. Çünki məhz təxris günündə, bu adamın belə tələsik gəlməsi, qışqırması heç xeyir əlamətə oxşamırdı.

Mən sıradan 1 addım çıxıb qışqırdım: Mən.

O kapitan üzümə təəccüblə baxdı, məni tanımırdı, dedi gəl ardımca. Mən onun arxasınca gedə gedə məndən soruşdu:

– Əsgər, sən nə hoqqa çıxartmısan? Komandir səni niyə görə çağırır ki?

Mən isə şok vəziyyətindəydim və ağlıma heç bir fikir gəlmirdi. Dedim ki bilmirəm, yoldaş kapitan. Hərbi hissə qərarəgah binasınının önünə yaxınlaşdıq. P.Həşimov pilləkənin üzərində durmuşdu. Mən hərbi yürüş edərək 3 addım şaqat elədim, onunla üzbəüz dayanıb hərbi salam verdim və gəldiyimi məruzə etdim.

Komandir üzümə baxıb biraz gülümsündü, dedi Rüstəmov sənsən?

Dedim bəli, yoldaş polkovnik.

Dedi gəl ardımca. Başqa da bir söz demədi.

Onun gülümsəməsindən sonra həyəcanım biraz azalmışdı amma yenə də qalırdı çünki nə baş verdiyini anlamırdım.

Pilləkənlə qalxa-qalxa əli ilə növbətçi əsgərə işarə elədi, dedi ki, ordan fotoqrafı çağır.

Fotoqraf sözünü eşidəndə eləbil ildırım kimi yadıma düşdü hər şey, həmən məktub.

Mən Polad Həşimovun ardınca hərbi hissə qərargahının uzun koridoru ilə irəlilədikcə yanımızdan keçən zabit və əsgərlər ona hərbi salam verir, sonra isə arxamızca mənə baxırdılar və yəqin ki fikirləşirdilər ki, bu əsgər kimdir komandir arxasınca aparır, çünki heyət üçün o qədər də tanış bir mənzərə deyildi.

Komandirin otağına daxil olduq. Mənə yer göstərdi və mən stulda oturdum. Sonra növbətçi əsgərə bizim üçün çay gətirməsini sifariş verdi. Mürəbbəli çay gətirib qoydular stolun üzərinə. Komandir öz kreslosunda oturmadı, yanaşı stolda mənimlə üzbəüz oturdu, sonra sözü açdı:

– “Rüstəmov sənin məktubunu o vaxtdan burda saxlayıram. Mən sənə yazdıqların üçün təşəkkür etmək istəyirəm. Diqqətli davranışın üçün çox sağol. Evə gedəndə mənim adımdan valideynlərinə də təşəkkür edərsən, sənin kimi nümunəvi övlad və vətənə əsgər yetişdirdikləri üçün.”

Fəxrlə onu dinləyirdim və dediyi hər bir söz yadımda qalmışdı. Sonra mən ona həyəcanla təşəkkür etdim, həqiqətən də onunla fəxr etdiyimi dedim. Verdiyim cavab isə tam detallı yadımda qalmayıb, çünki həyəcanlı idim.

Sonra qapını döyüb içəri kök, yaşlı və bığlı bir kişi daxil oldu. O hərbi hissənin fotoqrafı idi. Komandirin göstərişi ilə şəklimizi çəkdi, çıxardıb bir neçə dəqiqədən sonra təkrar otağa daxil olanda bizə verdi. Bir nüsxəsi komandirdə qaldı digərlərini mən götürdüm.

O bir neçə dəqiqə söhbət əsnasında sanki doğmalaşmışdıq komandirlə, görüşün sonlarına yaxın artıq həyəcandan əsər əlamət qalmamışdı. Sağollaşmaq vaxtı gəldikdə isə sanki otaqdan sağollaşıb çıxmaq istəmirdim və söhbətin bir az da uzanmasını istəyirdim. Sağollaşdıq, bir daha təşəkkür etdim, hərbi salam verib otaqdan çıxdım.

Əlimdə şəkilləri möhkəm tutmuşdum. Sevincək bir halda bayaqkı sıralara qayıtdım. Orda sırada dayanan əsgər yoldaşım və orada dostlaşdığım Necef Quliyevin arxasında sırada durdum. Nəcəf arxaya boylanıb soruşdu:

– Rüstəmov noldu, niyə çağırmışdı səni komandir?

Mən sevincək şəkilləri baxması üçün Nəcəfə uzatdım və dedim “Nəcəf komandir çağırmışdı məni şəkil çəkdirmək üçün”, sonra sırada növbə gözləyən əsgərlər bir bir götürüb şəkillərə baxdılar, mən isə fəxrlə hər qabağıma çıxan əsgər, zabitlərə göstərirdim şəklimizi. Beləcə tərxis olduq, gəldim evə.

O gündən Polad Həşimov mənim hərbi qəhramanım oldu. Şəhid olması xəbərini eşitdikdə isə dəhşətli dərəcədə sarsılmışdım və bir neçə gün özümə gələ bilməmişdim. Xəbəri eşitdikdə mən Tacikistanda idim və orada turizm sferasında çalışırdım.

Bugün, bir daha əziz komandirimi təbrik edirəm. Polad Həşimov həqiqətən də Azərbaycanın Milli Qəhrəmanı adına layiq şəxsiyyətdir. Ruhun şad olsun, komandir, Alah sənə rəhmət eləsin.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Abşeronda sərnişin avtobusu yandı

Next

Bazardan meyvə və tərəvəz alanlar, DİQQƏTLİ OLUN!

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv