Dünya 

Yaponiyada fövqəladə rejim tətbiq edilə bilər

Yaponiya rəhbərliyi yeni koronavirusun yayılması ilə əlaqədar vəziyyətə görə ölkədə fövqəladə rejimin tətbiq edilməsi ehtimalını nəzərdən keçirməyə başladı.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Yaponiya Baş naziri Yoşihide Suqa bildirib.

Y.Suqa deyib ki, hakimiyyətin 20 fevral tarixinədək ölkə əhalisini yeni koronavirus əleyhinə vaksinlənməsinə başlayacağını gözləyir:

“”Hökumət, mümkün qədər fevralın son ongünlüyünə kimi əhaliyə peyvəndin vurulmasına başlamağa hazırlaşır”.

Daha çox xəbərlər