Suriyada avtobuslara hücum: 9 nəfər öldü
Suriyada üç avrobus terror hücumu zamanı ən azı doqquz nəfər həlak olub. Avtobuslar Suriyanın Hama vilayətində Salamiya-Atraya avtomobil yolu ilə gedirdilər.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Syria telekanalına vilayətin qubernatoru Tarek Kreyşati bildirib.
Bildirilib ki, Suriya hərbi qulluqçuları artıq yola nəzarəti bərpa edib və nəqliyyat vasitələrinin təhlükəsiz keçməsini təmin edib.
Onun sözlərinə görə, bu silahlı basqında ölənlərin sayı hazırda 9 nəfərdir.

