Hadisə 

Zərdabda yanğın olub

Zərdab rayonunun Şahhüseynli kəndində həyətyanı sahəyə yığılan 6 ton ot bağlamasının 4 tonu yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha çox xəbərlər